Xamis Muradov
Doğum tarixi:
15 sentyabr 1943
Xamis Bəkir oğlu Muradov (Xamiz Muradov / Xamiz Muğal) Qaxın Muğal kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1962-1966), Moskvada Ali rejissorluq və ssenari kurslarının Rejissorluq bölməsində (1969-1971) təhsil alıb.
1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Salnamə” sənədli filmlər studiyasına (1988-2001), “Azərbaycanfilm” kinostudiyasına (2002-2011) rəhbərlik edib.
70-dən çox sənədli filmin rejissorudur. Onlarla bədii filmə prodüserlik edib. “9 dəqiqə” sənədli filminə görə “Ən yaxşı sənədli film” nominasiyası üzrə Qızıl Çıraq Milli Kino Mükafatına layiq görülüb (2003).
Əməkdar incəsənət xadimi (2000), Xalq artisti (2005), Dövlət mükafatı (1988), “Humay” mükafatı laureatıdır.

Filmoqrafiya
-
Abşeron rəngləri Rejissor
-
Buta (II) Baş prodüser