Xəyyam Abdullazadə
Doğum tarixi:
22 fevral 1979
Xəyyam Musa oğlu Abdullazadə (Xəyyam Abdullayev / Xəyyam Şami) Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (2000-2004).
ANS televiziyasında rejissor və layihə rəhbəri vəzifələrində işləyib (2003-2009). Bu müddət ərzində “Meydan”, “Naməlum məşhurlar”, “Dahilərin divanı” və bir çox digər intellektual layihələrin müəllifi olub. Bir müddət Space TV, Lider TV, AzTV və İTV-də layihə müəllifi və rejissor kimi çalışıb. “Azərbaycanfilm” kinostudiyası və “Mozalan” satirik kinojurnalı ilə əməkdaşlıq edib.
“EXA Prodakşn” MMC-nin həmtəsisçisi olub.
“Şüur üstü” (2010), “Rənglərin fəlsəfəsi” (2015) və “Daş” (2019) fəlsəfi şeirlər kitablarının müəllifidir.
“Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində fərqləndiyinə görə diplomla təltif edilib (2008).
Bir çox beynəlxalq kinofestivalların iştirakçısı və qalibi olub.

Filmoqrafiya
-
Ağ qan Rejissor, Ssenari müəllifi
-
Arxa cəbhə İcraçı prodüser
-
İşıq gələn tərəf Rejissor, Ssenari müəllifi