Larisa Vinoqradova
Aktrisa
Doğum tarixi:
05 dekabr 1947
Vəfat tarixi:
16 sentyabr 2009
Larisa Afanasyevna Vinoqradova Türkmənistanın Mari şəhərində anadan olub.
Asəf Zeynallı adına Musiqi Məktəbinin vokal sinfində təhsil alıb (1971).
1968-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor artisti vəzifəsinə qəbul edilib. Bir qədər sonra aktyor kimi II dərəcəli artist-vokalist keçirilib.
Əməkdar artist (1982), Xalq artisti (2000) Larisa Vinoqradova 2009-cu ildə vəfat edib.
