Ləman Mərrih

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

29 sentyabr 1996


Ləman Mərrih (Ləman Novruzova / Ləman Mərih) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyorluğu ixtisasında təhsil alıb (2014-2018, Firəngiz Mütəllimovanın kursu).

Təhsil aldığı dövrdə universitetin bir çox tamaşalarında aparıcı rollar ifa edib. Müxtəlif televiziya kanallarda, “Azərbaycanfilm” kinostudiyasında filimləri, həmçinin bədii kitabları səsləndirib.

2016-cı ildən YUĞ Dövlət Teatrının aktrisasıdır.