Mənsum İbrahimov
Doğum tarixi:
01 oktyabr 1960
Mənsum İsrafil oğlu İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində (1982-1987), Azərbaycan Dövlət İncəsənət İnsitutunun Mədəni-maarif fakültəsində (1988-1993) təhsil alıb.
Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə I dərəcəli diploma layiq görülüb (1985).
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. Hazırda əksər tamaşalarda aparıcı partiyaları ifa edir. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa edir.
Pedaqoji fəaliyyətlə də məşğuldur. Azərbaycan Milli Konservatoriyasının və Konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin müəllimidir. Professordur.
Əməkdar artist (1998), Xalq artistidir (2005). “Şöhrət” (2010), “Şərəf“ (2021) ordenləri, “Sənətkar” medalı (2021), “Heydər Əliyevin 100 illiyi” yubiley medalı (2024) ilə təltif olunub.
