Mir Cəlal Paşayev
Doğum tarixi:
26 aprel 1908
Vəfat tarixi:
28 sentyabr 1978
Mir Cəlal Əli oğlu Paşayev (Mir Cəlal) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında Gəncəyə köçüblər. 1918-ci ildə atası vəfat edib, böyük qardaşının himayəsində yaşayıb.
Gəncə Darülmüəllimində təhsil alıb (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926–1927). Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib (1932–1935).
“Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası (1940), “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə edib.
1928-ci ildən ədəbi fəaliyyətə başlayıb.
“Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub (1932–1935). 1961-ci ildən universitetin Azərbaycan ədəbiyyatı tariхi kafedrasının müdiri işləyib. Üçcildlik “Azərbaycan ədəbiyyatı tariхi”nin müəlliflərindən biridir.
50-dən çох kitabı nəşr olunub. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yоlumuz hayanadır”, “Yaşıdlar” əsərləri Azərbaycan ədəbiyyatının ən yaхşı nümunələrindəndir.
Əməkdar elm xadimi (1969), Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948) Mir Cəlal Paşayev 1978-ci ildə vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.
