Müşviq Abbasov

Ssenari müəllifi Baş prodüser

Doğum tarixi:

07 iyul 1978


Müşviq Dilqəm oğlu Abbasov Gəncədə anadan olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb (1995-1999).

“Parni iz Baku” KVN komandasının ssenaristlərindən biri olub. 2000-ci ildə Moskvada keçirilən “Onluğun turniri”ndə “Parni iz Baku” əsrin çempionu kubokunda MDB KVN komandalarının müəllifləri içində, 20-ci əsrin ən yaxşı zarafatının müəllifi diplomuna layiq görülüb. Müxtəlif televiziya kanallarında redaktor, prodüser kimi çalışıb.

“Bu şəhərdə” prodakşnın rəhbəridir.