Nadir Əliyev

Prodüser İcraçı prodüser İnzibatçı Direktor Direktor müavini Aktyor

Doğum tarixi:

05 avqust 1952


Nadir Məmmədağa oğlu Əliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kino direktorluğu üzrə təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Xarici film istehsalçılarının “Qafqaz rəsmləri” (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin, “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, “Sovet dövrünün parkı” (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. Əməkdar mədəniyyət işçisidir (2005).


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film #yoxdubeləsöhbət İcraçı prodüser