Nadir Əliyev
Doğum tarixi:
05 avqust 1952
Nadir Məmmədağa oğlu Əliyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kino direktorluğu üzrə təhsil alıb. Uzun müddət “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Xarici film istehsalçılarının “Qafqaz rəsmləri” (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin, “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, “Sovet dövrünün parkı” (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, “Vəsiyyət ilə nikah” (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. Əməkdar mədəniyyət işçisidir (2005).

Filmoqrafiya
-
#yoxdubeləsöhbət İcraçı prodüser