Namiq Ağayev

Rejissor Ssenari müəllifi Aktyor Bədii rəhbər

Doğum tarixi:

20 iyun 1962


Namiq Firudin oğlu Ağayev Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram rejissoru fakültəsində təhsil alıb (1979-1984). Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor assistenti və rejissor (1979-1987), Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor (1987-1993), Space TV-də Yaradıcılıq Emalatxanasının rəhbəri (2002-2007), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıq üzrə rəssam (2009-2010), Azərbaycan Dövlət Kukla Teatrında rejissor (2010) olub. 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatrlarında tamaşalara quruluş verib. 2007-ci ildən Azərbaycan televiziyasında rejissor vəzifəsində çalışıb.

“Bu dünyanı nağıl bilək” klipinə görə “Humay” mükafatına (2002), “Axınla aşağı” filminə görə “Ən yaxşı aktyor” nominasiyasında (2015), “Ol” filminə görə “Ən yaxşı orijinal ssenari” nominasiyasında (2018) “Qızıl Pəri” Mükafatlarına layiq görülüb.

Rejissor Namiq Ağayev yazıçı Firudin Ağayevin oğludur.

Rejissor Namiq Ağayev aktrisa Rumiyyə Ağayevanın atasıdır.

Rejissor Namiq Ağayev aktrisa Vüsalə Ağayevanın həyat yoldaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abbas Mirzə Şərifzadə. Sonuncu monoloq Rejissor, Ssenari müəllifi