Namis Şirməmmədov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

03 aprel 1962

Vəfat tarixi:

12 aprel 2024


Namis Xanmirzə oğlu Şirməmmədov Ağsuda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1979-1983).

Sumqayıt Dövlət Musiqili Dram Teatrında (1983-1989), Akademik Milli Dram Teatrında aktyor kimi (1989-1997), yenidən Sumqayıt Dövlət Dram Teatrında aktyor (1997-2024) və rejissor (2008-2024) kimi çalışıb.

İki kitabın (“Yuxumla üz-üzə”, “Üz-üzə, göz-gözə, söz-sözə”) müəllifidir.

Naxçıvan Muxtar Respublikasında oynanılan “Xilaskar” əsərində (Aqşin Babayev) Respublikada ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev obrazını canlandırıb.

Rusiya kinematoqrafçılarının istehsalı olan “Son monoloq” filmində müstəntiq, “Sui-qəsd” (2004) serialında Həsən, “SSRİ-də doğulmuş” (2007) serialında Heydər Əliyev rollarını ifa edib.

Əməkdar artist (2008), “Tərəqqi” medalı laureatı (2013) Namis Şirməmmədov 2024-cü ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Arxa cəbhə Rollarda