Nəsimi Mirzəyev

Aktyor

Doğum tarixi:

18 sentyabr 1973


Nəsimi Nəsib oğlu Mirzəyev Bakıda anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat və iqtisadiyyat fakültəsində (1996), Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (2002) təhsil alıb.

İş fəaliyyətinə 1994-cü ildə bankda başlayıb və 2016-cı ilə kimi kommersiya şirkətlərində müdir köməkçisi, mühasib, hesabatlar üzrə mütəxəssis və hüquqşunas vəzifəsində çalışıb.

2016-cı ildən öz nəqliyyat şirkətini təsis edərək rəhbər kimi fəaliyyət göstərir.

2022-ci ildən Azərbaycan Mediasiya Şurasının üzvüdür. 2022-ci ildən 15 saylı Mediasiya Təşkilatının əməkdaşıdır.