Nəzrin Ağamalıyeva
Doğum tarixi:
25 sentyabr 1999
Nəzrin Fuad qızı Ağamalıyeva Bakıda anadan olub.
Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bakalavr, Praqada FAMU Universitetində animasiya kinosu ixtisası üzrə təhsil alıb.
“Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində dizayner (2017-2019), ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında dizayner (2019-2022), art direktor (2022-ci ildən) kimi çalışıb.
“Hədis” animasiya filmi 45-dən çox beynəlxalq festivalda iştirak edib (bu festivallardan yeddisi – Annecy, Bucheon, Animest, Kaboom, OFF, CINANIMA və İzmir OSCAR kvalifikasiyalı festivallardır), 9 mükafat qazanıb.
2020-ci ildə ANİMAFİLM School adlı animasiya məktəbini təsis edib.
2020-ci ildən, həmçinin, “PERİ FİLM” MMC-də rejissor kimi çalışır.
Azərbaycan Animasiya Assosiasiyasının təsisçilərindəndir.
