Nüsrət Fətullayev

Aktyor

Doğum tarixi:

29 may 1913

Vəfat tarixi:

01 oktyabr 1987


Nüsrət Möhsün oğlu Fətullayev Lənkəranda anadan olub.

Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb (1930-1934).

Rejissor Yusif Yulduzun “31-43” (1934, “Eskadranın məhvi” Aleksandr Korneyçuk) dramının tamaşası ilə Äkademik Milli Dram Teatrında ilk işinə başlayıb. 1938-ci ildən bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra edib, 50-dən çox tamaşanın rəssamı olub. Gənc Tamaşaçılar Teatrında (1938), Musiqili Komediya Teatrında (1940, 1943-1945, 1972) tamaşa və operettalara səhnə tərtibatı verib.

Azərbaycan Rəssamlar İttifaqının sədri olub (1944-1946). 

“Şərqin səhəri” (Ənvər Məmmədxanlı) tamaşasma görə Stalin mükafatı (1948), “Mahnı dağlarda qaldı” (İlyas Əfəndiyev) dramının tərtibatı üçün isə Azərbaycanın Dövlət mükafatı (1972) laureatı olub. 

Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1949) Nüsrət Fətullayev 1987-ci ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Rəssam Nüsrət Fətullayev aktyor Fateh Fətullayevin qardaşıdır.
Rəssam Nüsrət Fətullayev aktrisa Hökümə Qurbanovanın və aktrisa Ofeliya Məmmədzadənin həyat yoldaşı olub.
Rəssam Nüsrət Fətullayev aktrisa Vəfa Fətullayevanın atasıdır.