Rəhman Fürqətoğlu

Rejissor Montaj rejissoru Aktyor

Doğum tarixi:

19 iyun 1989


Rəhman Fürqətoğlu (Rəhman Allahverdiyev Fürqət oğlu) Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb (Vaqif Mustafayevin kursu).

Kəpəz televiziyasında (2009-2014), TRT Avaz kanalında (2014-2015), ATV televiziyasında (2015-2018), ARB televiziyasında (2018-2019) çalışıb. 10-dan çox musiqi klipi, sosial çarx, reklam müəllifidir.

“İlin gənc rejissoru” mükafatına (2013), Rasim Ocaqov təqaüdünə (2018) layiq görülüb.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir.