Ramiz Əzizbəyli

Rejissor Ssenari müəllifi Aktyor Musiqi ifaçısı Filmi səsləndirən Təcrübəçi rejissor

Doğum tarixi:

20 iyul 1948

Vəfat tarixi:

09 iyun 2021


Ramiz Hacıağa oğlu Əzizbəyli Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb (1977).

1957-ci ildə orta məktəbin ikinci sinfində oxuyanda Azərbaycan televiziyasının Uşaq Verilişləri Redaksiyasının verilişlərində çıxış etməyə başlayıb. 11 yaşı olanda uşaq rollarını səsləndirmək üçün dublyaj studiyasına dəvət edilib. Ona qədər belə obrazları aktrisalar səsləndirərdilər. Televiziyada olduğu kimi, burada da o, ilk uşaq idi.

1999-cu ildə təsis olunan ADƏM Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının vitse-prezidenti olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri olub.

“Şöhrət” ordeni laureatı (2018), Əməkdar artist (2000), Xalq artisti (2008) Ramiz Əzizbəyli 2021-ci ildə vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Filmi səsləndirən