Rasim Ocaqov

Rejissor Operator İkinci rejissor İkinci operator Bədii rəhbər Aktyor

Doğum tarixi:

22 noyabr 1933

Vəfat tarixi:

11 iyul 2006


Rasim Mirqasım oğlu Ocaqov Şəkidə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində (1977) təhsil alıb. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator, 1973-cü ildən quruluşçu rejissor kimi çalışıb. “Ocaq” müstəqil studiyasının rəhbəri (1990-2006), Azərbaycan Kinorejissorlar Gildiyasının vitse prezidenti (1999-2006) olub. Əməkdar incəsənət xadimi (1967), Çeçen-İnquş Əməkdar incəsənət xadimi (1964), Xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) Dövlət mükafatları laureatı Rasim Ocaqov 2006-cı ildə vəfat edib.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rejissor
  • Film Abidələr danışır Rejissor, Operator
  • Film Abşeron ritmləri Operator