Rövşən Almuradlı
Doğum tarixi:
19 aprel 1954
Vəfat tarixi:
02 aprel 2019
Rövşən Əziz oğlu Almuradlı (Rövşən Almuradov) Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1972-1976), Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunun Ali rejissorluq kursunda (1984-1987) təhsil alıb.
Aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib. Şəki Dövlət Dram Teatrında aktyor (1976-1980), Sumqayıt Dövlət Dram Teatrında rejissor (1980-1985) kimi çalışıb. Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olub (1988-1989). 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olub. Həmin illərdə burada tamaşalara quruluş verib, 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1993-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor işləyib. 2006-cı ildə Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.
2015-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü və Mədəniyyət Komissiyasının sədri olub.
Rövşən Almuradlı 2019-cu ildə Sumqayıtda vəfat edib.
Rejissor, aktyor Rövşən Almuradlı aktyor Kamal Almuradlının atasıdır.

Filmoqrafiya
-
Abbas və Gülgəz Rejissor