Sadıq Saleh

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

19 mart 1907

Vəfat tarixi:

27 sentyabr 1977


Sadıq Saleh (Sadıq Saleh Bağırov Xəlil oğlu) Bakıda anadan olub.

Üçsinifli şəhər məktəbində, 9 saylı məktəbdə və fəhlə məktəbində (1920-1922), Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq üzrə (1929-1932) təhsil alıb.

1926-cı ildə Əbilov adına klubun dram dərnəyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppada çalışmağa başlayıb. Onun bu səhnədə oynadıgı müxtəlif planlı, müxtəlif xarakterli rolların sayı yüzdən çoxdur. Filmlərdə, dublyaj sahəsində, habelə televiziya və radio verilişlərində də çıxış edib.

Əməkdar artist (1959) Sadıq Saleh 1977-ci ildə vəfat edib.

Aktyor Sadıq Saleh aktyor Pərviz Bağırovun və səs rejissoru Ramiz Bağırovun atasıdır.