Səməndər Rzayev

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

02 yanvar 1945

Vəfat tarixi:

27 mart 1986


Səməndər Mənsim oğlu Rzayеv Ağsuda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1964-1968). Bir müddət Sumqayıt Teatrında, 1969-cu ildən Milli Dram Teatrında çalışıb. 26 yaşında dublyajda səsləndirdiyi “Kral Lir” obrazı müstəqil sənət nümunəsi kimi qiymətləndirilir. Bədii qiraətçi kimi də çıхış еdib. Radio dinləyiciləri onu “Bulaq” verilişinin aparıcısı kimi xatırlayırlar. Dövlət mükafatı laureatı (1980), Əməkdar artist (1974) Səməndər Rzayev 1986-cı ildə vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Aktyor Səməndər Rzayev aktyor Rəşid Səməndərin və redaktor Rübabə Səməndərin atasıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda