Şəfiqə Məmmədova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

30 mart 1945


Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb (1968). 1968-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb. 1980-ci ildə ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri olub (2012-2024).

Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə Dövlət mükafatına (1980) və “İstintaq” filmindəki müstəntiqin arvadı obrazı üçün SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. “Şərəf” ordeni laureatıdır (2013). Əməkdar artist (1974), Xalq artistidir (1982).

Aktrisa Şəfiqə Məmmədova teatr rejissoru, aktyor Mehdi Məmmədovun həyat yoldaşı olub.

Aktrisa Şəfiqə Məmmədova rejissor Ülvi Mehdinin anasıdır.

Aktrisa Şəfiqə Məmmədova aktyor Məmməd Məmmədovun bacısıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Rollarda