Siyavuş Alxazov
Siyavuş Məmmədiyə oğlu Alxazov (Səyavuş Alxazov) Bakıda anadan olub. 1959-cu ildə təyinatla Neft Daşlarına gəlib. Ömrünün 50 ilini dəniz mədən geofizikasına həsr edib. Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini alıb (1998). 160-a yaxın elmi-texniki işin müəllifidir. Bunlardan 8-i ixtira, 5-i səmərələşdirici təklif, 30-u elmi-tədqiqat işi, 32-si isə elmi məruzədir.
Orta ümumtəhsil, texniki-peşə, orta ixtisas, ali məktəblərdə və ixtisasartırma sistemində, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Neft Daşlarında “Xəzərin səsi” yerli radio studiyasında və “Neft Daşları” çoxsaylı qəzetində də müxbir kimi fəaliyyət göstərib. “Xəzər” radiojurnalı, “Dəniz neftçisi” radioqəzeti, “Dalğa” xəbərlər, musiqi proqramı və başqa verilişlər hazırlayıb.
1973-cü ildən kino ilə məşğul olub. 1975-ci ildə Neft daşlarında həvəskarlar üçün “Xəzərfilm” kinostudiyasını təsis edib və rəhbərliyini həyata keçirib.

Filmoqrafiya
-
Açıq dənizdə məktəb Rejissor