Teymur Bəkirzadə

Rejissor Ssenari müəllifi Aktyor

Doğum tarixi:

14 sentyabr 1941

Vəfat tarixi:

21 sentyabr 1995


Teymur Bəkir oğlu Bəkirzadə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində, Moskvada Ali Rejissorluq kurslarında (1974) təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub.

1978-ci ildə çəkdiyi “Dissonans” sənədli filmi bir neçə festivalda mükafat alıb.

Son filmi “Ləqəbi “İKA”dır” bədii filmini tamamlamaq qismət olmayıb, sonradan filmi dostları tamamlayıblar.

Əməkdər incəsənət xadimi (1991) Tеymur Bəkirzadə 1995-ci ildə vəfat edib.

Rejissor Teymur Bəkirzadə rejissor Nicat Bəkirzadənin qardaşıdır.

Rejissor Teymur Bəkirzadə səs rejissoru Bəkir Bəkirzadənin atasıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron qalaları Rejissor
  • Film Abşeron, ay Abşeron Rejissor, Ssenari müəllifi, Ssenari müəllifi