Teymur Bəkirzadə
Doğum tarixi:
14 sentyabr 1941
Vəfat tarixi:
21 sentyabr 1995
Teymur Bəkir oğlu Bəkirzadə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində, Moskvada Ali Rejissorluq kurslarında (1974) təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub.
1978-ci ildə çəkdiyi “Dissonans” sənədli filmi bir neçə festivalda mükafat alıb.
Son filmi “Ləqəbi “İKA”dır” bədii filmini tamamlamaq qismət olmayıb, sonradan filmi dostları tamamlayıblar.
Əməkdər incəsənət xadimi (1991) Tеymur Bəkirzadə 1995-ci ildə vəfat edib.
Rejissor Teymur Bəkirzadə rejissor Nicat Bəkirzadənin qardaşıdır.
Rejissor Teymur Bəkirzadə səs rejissoru Bəkir Bəkirzadənin atasıdır.

Filmoqrafiya
-
Abşeron qalaları Rejissor
-
Abşeron, ay Abşeron Rejissor, Ssenari müəllifi, Ssenari müəllifi