Tofiq Mirzəyev

Rejissor Ssenari müəllifi Aktyor Səs rejissoru Səs operatoru

Doğum tarixi:

16 iyun 1932


Tofiq İbrahim oğlu Mirzəyev (Tofiq Mirzə) Gədəbəydə anadan olub. Moskvada konservatoriyanın nəzdində filarmonik məktəbdə, Azərbaycan Dövlət Konservatoriyasının klarnet şöbəsində (1964) təhsil alıb.

Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub, həkimlər ona klarnetdə ifa etməyi qadağan ediblər.

Peşəsini dəyişmək məcburiyyətində qalaraq televiziya işini seçib. Bu məqsədlə Mərkəzi Televiziyanın rejissorluq kurslarında təhsil alıb. Azərbaycan televiziyasında 25 il fəaliyyət göstərib. Səs rejissoru, daha sonra rejissor olub.

Xarici film istehsalçılarının “Cinahsız cəbhə” (1974, rejissor İqor Qostyev / Rusiya), “Cəhbə arxasında cəbhə” (1977, rejissor İqor Qostyev / Rusiya), “Düşmən arxasında cəbhə” (1981, rejissor İqor Qostyev / Rusiya, Çexoslovakiya, ADR) filmlərində Həsən Əliyev rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində çəkilib.

“Şöhrət” orenid ilə təltif olunub (2022). Əməkdar artist (1976), Xaql artistidir (2022).

Tofiq Mirzəyev hazırda İsraildə yaşayır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Abşeron mahnıları Rejissor, Ssenari müəllifi