Valeh Əhmədov

Ssenari müəllifi Rejissor Prodüser Baş prodüser Aktyor Montajçı Rejissor assistenti

Valeh Razi oğlu Əhmədov Bakıda anadan olub. Əslən İsmayıllı rayonunun Tircan kəndindəndir.

Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakütəsində təhsil alıb (2000-2004, 2004-2006).

Universitet illərindən KVN yarışlarında iştirak edib. Aktyor, ssenarist və rejissor kimi Azərbaycan çempionu, Azərbaycan Milli KVN Superliqasının qurucusu və baş təşkilatçısı olub.

Bir çox televiziya layihələrində redaktor kimi fəaliyyət göstərib (Lider TV, ATV, Xəzər TV). Uzun müddət Xəzər TV-nin layihələrində ssenarist, redaktor, prodüser və aparıcı kimi çalışıb. “Qələm” ssenari qrupunu quraraq rəhbərlik edib (2010-2023). Bu komandada müxtəlif dövrlərdə 30-a yaxın ssenarist fəaliyyət göstərib.

2023-cü ildə “AND” (VƏ) Productionı təsis edib. Filmlərin və televiziya verilişlərinin istehsalı ilə məşğuldur.

2024-cü ildən Space televiziyasının bədii rəhbəridir.

Rejissor, ssenarist, prodüser Valeh Əhmədov ssenarist Failə Nəbiyevanın həyat yoldaşıdır.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Evdə qalmış Rejissor, Ssenari müəllifi, Prodüser
  • Film Evdə qalmış 2 Rejissor, Ssenari müəllifi, Montajçı, Baş prodüser
  • Film Kişi ol Rejissor, Ssenari müəllifi, Prodüser