Vüsal Nuru
Ssenari müəllifi
Doğum tarixi:
07 iyul 1981
Vüsal Nuru Ağdamda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb.
2006-cı ildən “525-ci qəzet”, “Kaspi”, “Kredo” qəzetləri ilə əməkdaşlıq edib. “Ulduz” jurnalında nəsr, poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (2014-2018). Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işıq üzü görüb. 2007-ci ildən 9 kitabı nəşr olunub. 2008-ci ildə “Turan” Ədəbi Birliyini təsis edib. 2018-ci ildən “Azərbaycan” jurnalının məsul katibidir.