Xatirə Süleymanova
Doğum tarixi:
01 sentyabr 1970
Xatirə Bəylər qızı Süleymanova Ağdamda anadan olub. 2 saylı İncəsənət Musiqi məktəbinin qarmon şöbəsində (1983-1988), Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasında (1989-1994) təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıt şəhər 11 saylı orta məktəbdə musiqi müəllimi kimi başlayıb (1994). Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində metodiki şöbənin və incəsənət şöbəsinin müdiri (1995), Sumqayıt şəhər 11 saylı məktəbin “Uşaqlar birliyi təşkilatı”nın rəhbəri (1994-1996), Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri (1996-2002) vəzifəsində çalışıb. 2005-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. Əməkdar artistdir (2018).

Filmoqrafiya
-
Səma ilə görüş Rollarda
-
Kişi ol Rollarda