Xəyyam Abdullazadə

Rejissor Ssenari müəllifi Prodüser Mahnı mətni müəllifi İcraçı prodüser Koordinator Redaktor

Doğum tarixi:

22 fevral 1979


Xəyyam Musa oğlu Abdullazadə (Xəyyam Abdullayev / Xəyyam Şami) Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (2000-2004).

ANS televiziyasında rejissor və layihə rəhbəri vəzifələrində işləyib (2003-2009). Bu müddət ərzində “Meydan”, “Naməlum məşhurlar”, “Dahilərin divanı” və bir çox digər intellektual layihələrin müəllifi olub. Bir müddət Space TV, Lider TV, AzTV və İTV-də layihə müəllifi və rejissor kimi çalışıb. “Azərbaycanfilm” kinostudiyası və “Mozalan” satirik kinojurnalı ilə əməkdaşlıq edib.

“EXA Prodakşn” MMC-nin həmtəsisçisi olub.

“Şüur üstü” (2010), “Rənglərin fəlsəfəsi” (2015) və “Daş” (2019) fəlsəfi şeirlər kitablarının müəllifidir.

“Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində fərqləndiyinə görə diplomla təltif edilib (2008).

Bir çox beynəlxalq kinofestivalların iştirakçısı və qalibi olub.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ağ qan Rejissor, Ssenari müəllifi
  • Film Arxa cəbhə İcraçı prodüser
  • Film İşıq gələn tərəf Rejissor, Ssenari müəllifi