Yeganə Əbdülməmmədova
Doğum tarixi:
03 sentyabr 1978
Yeganə Vidadi qızı Əbdülməmmədova Bakıda anadan olub.
Əmək fəaliyyətinə 2003-cü ildə Space televiziyasının yaradıcılıq emalatxanasında rejissor assistenti, rejissor vəzifələrində çalışaraq başlayıb. ANS televiziyasında, “Bakıfilm” kinostudiyasında televiziya və dublyaj rejissoru kimi fəaliyyət göstərib (2007-2014), bir çox verilişlərin rejissoru olub. Eyni zamanda “Bakıfilm” kinostudiyasının ilk serialının rejissoru kimi fəaliyyət göstərib. 2015-ci ildə Lider televiziyasının “Azərbaycan” redaksiyasında rejissor kimi fəaliyyətini davam etdirib. 2017-cı ildən ARB televiziyasının nəzdində film istehsalı üzrə fəaliyyət göstərən Aranfilm Yaradıcılıq Mərkəzinin rejissoru kimi fəaliyyət göstərib. “Xilas” filmi 2018-ci ildə Xəzər Mediaforumu çərçivəsində Həştərxan şəhərində keçirilən kino müsabiqəsində “Ən yaxşı jurnalist işinə görə” “İnsan və dəniz” nominasiyasında ikinci yerə layiq görülüb.