Zaur Məhərrəmov

Operator Rejissor Ssenari müəllifi

Doğum tarixi:

28 yanvar 1938

Vəfat tarixi:

23 avqust 2025


Zaur Xasay oğlu Məhərrəmov (Zaur Mükerrem) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1957-1963). 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1980-ci illərdən rejissor kimi fəaliyyətini davam etdirib, yaradıcılığını sənədli kinoya həsr edib. 1988-ci ildə “Yaddaş” sənədli filmlər studiyasını təşkil edib. Əməkdər incəsənət xadimi, Dövlət mükafatı laureatı (1982), professor Zaur Məhərrəmov hazırda Türkiyənin Anadolu Universitetinin Kino və televiziya bölməsində dərs deyir. Türkiyədə “Sinematografi üzerine düşünceler” və “Belgesel estetiği üzerine düşünceler” kitabları çap olunub. 

"Milli kinonun inkişafına verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb (2015).

Əməkdar incəsənət xadimi (1982) Zaur Məhərrəmov 2025-ci ildə vəfat edib. Türkiyənin Əskişəhər şəhərinin Əsri qəbiristanlığında dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı Filmdə statusu
  • Film Ad günü Operator