KİNO TƏNQİDÇİLƏRİNİN GÖRÜŞÜ BAŞ TUTUB

Yanvarın 24-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə kino tənqidçiləri və kinoşünasların görüşü olub. Görüşdə Azərbaycan kinoşünaslığının hazırkı vəziyyəti, problemləri və perspektivləri müzakirə olunub.
ADMİU-nun dosenti Nadir Bədəlov, kinotənqidçilər Aliyə Dadaşova, Aygün Aslanlı, Nəzrin Mahu, İlqar Quliyev, Ülvi Mehdi, Hacı Səfərov, kinoşünaslar Toğrul Abbasov, Şəhla Əmirli, Sevinc Elsevər, kinoinfo.az saytının redaktoru Ramil Ələkbərov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri Oleq Səfərəliyev, Əli İsa Cabbarovun iştirakı ilə baş tutan görüşdə kino tənqidinin rolunu genişləndirmək, kinomuzun nəzəri bazasını gücləndirmək məqsədilə bir sıra addımların həyata keçirilməsi məqsədəuyğun sayılıb.
Xüsusilə kinotənqidçilərin təşkilatlanması, mükafatının təsis edilməsi kinomuzun inkişafına dəstək verə biləcək addımlar kimi qeyd olunub.