28 fevral 2025 Mənbə: kinoinfo.az

DANİEL QULİYEVİN “BOŞ EVLƏR” FİLM LAYİHƏSİ ALMANİYADAN QRANT QAZANIB

DANİEL QULİYEVİN “BOŞ EVLƏR” FİLM LAYİHƏSİ ALMANİYADAN QRANT QAZANIB

Kinorejissor, operator Daniel Quliyevin yeni film layihəsi beynəlxalq dəstək qazanıb. Belə ki, rejissorun “Boş evlər” tammetrajlı bədii film layihəsi Almaniyanın “Hessen Film & Medien” regional fondunun qrant müsabiqəsinin qaliblərindən seçilib.

“Doghouse Filmproductions” (Almaniya), “Adari Films” (Azərbaycan) və “Kaplanfilm” (Türkiyə) kino şirkətlərinin birgə istehsalı olan layihə debütant rejissorların tammetrajlı film inkişafı və ilkin hazırlanması kateqoriyası əsasında maliyyələşdirilib. 

İndi paylaş: