Azad Azərbaycan televiziyası (ATV)
Təsis tarixi: 2000
"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13.05.1998 tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25.12.2000 tarixində isə yayıma başlayıb. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi.
2002-ci ildən xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb.
2009-cu ildə ATV International adlı ikinci kanalı yayıma başlayıb.
2011-ci ildə telekanalın sahibi və rəhbərliyi dəyişilib.
10.05.2011-ci il loqotipi dəyişdirilib.
2012-ci il sentyabr ayından tamamilə yenilənib, sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil edib.
15.09.2015 tarixində kanalın təsvir formatı 4:3 formatından 16:9 formatlı yayıma keçirilib.
21.12.2015-ci il tarixində "ATV+"da "HD" yayıma başlayıb.
04.01.2016-cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
28.01.2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
12.01.2024-cü ildən etibarən "ATV HD" telekanalı 23-cü televiziya kanalında (490 Mhz tezliyində) yayıma başlayıb.
Azad Azərbaycan televiziyasının nəzdində bir müddət əvvəlcə “Televiziya Filmləri Studiyası”, daha sonra “Vətənim Yaradıcılıq Birliyi” adlandırılan studiya fəaliyyət göstərib.