Azərbaycan Kinematoqrafçılar İttifaqı


Təsis tarixi: 1963

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963-cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında təsis olunub.

İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Təşkilat fəaliyyətini əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirir. Eyni zamanda digər ölkələrin kinematoqrafiya təşkilatları ilə yaradıcılıq və işgüzar əlaqələr həyata keçirir, öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir.

AKİ əslində 1958-ci ilin yanvarında “Azərbaycan Kino İşçiləri Ittifaqı Təşkilatı Bürosu” adı ilə təsis olunub. Büronun başçısı Lətif Səfərov, müavini Hüseyn Seyidzadə idi. Üzvlərinin ümumi sayı 82 nəfər təşkil edirdi. Təşkilat Bürosu beş şöbədən ibarət idi: “Bədii kinematoqrafiya”, “Dramaturgiya, nəzəriyyə və tənqid”, “Sənədli və elmi-populyar kinematoqrafiya”, “Elm və texnika”, “Kino sevərlər”.

1960-cı il fevralın 10-da Kino Evi açılıb.

Yekun olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 11-də baş tutan I Quruculuq Qurultayında formalaşıb.

AKİ-nin II Qurultayında (22-23 dekabr 1964-cü il) təşkilatın idarə rəhbəri olaraq Həsən Seyidbəyli seçilib.

1976-cı ilin martında AKİ-nin nəzdində Sovet Kino Sənətinin Təbliğatı Bürosunun Azərbaycan şöbəsi yaradılıb. Şöbə əhali üçün film nümayişləri keçirir, yaradıcı görüşlər təşkil edirdi.

1981-ci ilin mayında AKİ-nin V qurultayında Təşkilatın idarə heyətinin birinci katibi Rüstəm İbrahimbəyov seçilib.

1985-ci ildə baş tutan VI qurultay kinematoqrafın cari problemlərinə həsr olunub.

VII Qurultay 1990-cı ildə keçirilib. Yeni ictimai-sosial şəraitdə AKİ “Azərkinovideo” İstehsalat Birliyi ilə birgə milli kinonun yeni inkişaf proqramını və konsepsiyasını işləyib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra AKİ-nin ilk qurultayı – VIII qurultay 15-16 dekàbr 1995-ci il tarixlərində keçirilib. Yeni şəraitdə milli kinonun inkişaf konsepsiyası hazırlanıb.

2003-cü ildə AKİ-nin IX qurultayı keçirilib. Məruzələrdə kadr hazırlığı, kino təhsili kimi məsələlər əksini tapıb. Qurultayın yekunlarına görə, Rüstəm İbrahimbəyov yenidən AKİ-nin sədri, Rasim Balayev isə birinci katib seçilib.

2005-ci ilin 13 mayında AKİ-nin İdarə Plenumu keçirilib. Plenumda qurultaydan sonrakı iki il ərzində milli kinodakı vəziyyət müzakirə olunub.

AKİ-nin 2008-ci ilin may 30-da baş tutan X qurultayında İttifaqın sədri yenidən Rüstəm İbrahimbəyov seçilib. Qurultayda İttifaqın 261 üzvündən 172-i iştirak edib.

2008-ci ildə AKİ sədrinin Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü baş tutub. Ölkə başçısı Rüstəm İbrahimbəyovun təklif etdiyi “2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət proqramı”nı təsdiqləyib.

AKİ-nin İdarə Heyətinin 2019-cu il fevralın 17-də keçirilən iclasında Kino məktəbi və Kino Evinin bərpası haqqında qərar qəbul olunub.

5 mart 2024-cü il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə keçirilmiş konfransında Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. ARKİ AKİ ilə birləşib.

 

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı İctimai Birliyi İdarə Heyətinin üzvləri:

Abbas Nizami Vəli oğlu (Rejissor, Əməkdar incəsənət xadimi)

Abbasov Adil Möhsün oğlu (Kinooperator, Əməkdar incəsənət xadimi)

Bağırzadə Suğra Sadiq qızı (Əməkdar artist)

Balayev Rasim Əhməd oğlu (Xalq artisti)

Bədəlov Nadir Xadmətulla oğlu (Sənətşünas, ssenarist)

Cabarov Əli İsa Xanlar oğlu (Kinorejissor, prodüser)

Əli Akif Əli oğlu (Filologiya elmləri üzrə fəlsəfə doktoru, Filoloq alim)

Əliyev Tahir Cabbar oğlu (Kinorejissor)

Əliyev Şamil Yavər oğlu (Kinorejissor)

Əsgərov Azər Əhməd oğlu (Bəstəkar)

Hacılı Əmir Pəhləvan oğlu (Ssenarist, jurnalist)

Hüseynova Türkan Siyasət qızı (Rejissor, prodüser)

İbrahimbəyova Fatimə Rüstəm qızı (MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser)

İsgəndərova Mahirə Abbas qızı (Aktrisa)

Qasımov Kamran Mürsəl oğlu (Kinorejissor, ssenarist, redaktor, aparıcı, media-menecer)

Qulamov Arzu Aydın oğlu (Rejissor, ssenarist, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının baş prodüseri)

Quliyev Cəmil Elşad oğlu (Rejissor, Əməkdar incəsənət xadimi)

Quliyev Eldəniz Cümşüd oğlu (Ssenarist)

Quliyeva Xalidə Camal qızı (Əməkdar artist)

Qurbanova Firəngiz Ağadadaş qızı (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, rejissor, Əməkdar incəsənət xadimi)

Qəmbərov Rəfail Əli oğlu (Kinooperator, Əməkdar incəsənət xadimi)

Mehdiyev Cahangir Yaqub oğlu (Rejissor, ssenarist)

Məhərrəmov Məbud Ələsgər oğlu (Xalq artisti)

Məmmədov Rövşən İsax (kinorejissor, prodüser)

Məmmədova Şəfiqə Haşımovna (Xalq artisti)

Məmiyev Amil Səyyaf oğlu (Rejissor, “Hoçazfilm” yaradıcılıq studiyasının direktoru)

Məsimov Baba Vəzir oğlu (Şair, Əməkdar incəsənət xadimi)

Mirbala Səlimli Seyidəsgər oğlu (Teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi)

Mir-Qasım Oqtay Mirəsədulla oğlu (Xalq artisti)

Mirzəyev Ramiz Həsən oğlu (Xalq artisti)

Mustafayev Vaqif Behbud oğlu (Xalq artisti)

Ömərova Həmidə Məmməd qızı (Xalq artisti)

Rzayev Anar Rəsul oğlu (Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı)

Səfərəliyev Oleq Mirzəağa oğlu (Kinorejissor)

Sultanova Sevda Əliəşrəf qızı (Kinotənqidçi)

Şıxlinski Ziya Ənvər oğlu (Kinorejissor, Əməkdar incəsənət xadimi)

Yusupova Şükufə Mühəddin qızı (Xalq artisti)

 

Katiblər:

Məmmədova Şəfiqə Haşımovna (Birinci katib)

Cabbarov Əli İsa Xanlar oğlu (İcraçı katib)

Rzayev Anar Rəsul oğlu

Bədəlov Nadir Xadmətulla oğlu

Əli Akif Əli oğlu

Əliyev Tahir Cabbar oğlu

Hüseynova Türkan Siyasət qızı

Mustafayev Vaqif Behbud oğlu

Mənsimov Baba Vəzir oğlu

Mirzəyev Ramiz Həsənağa oğlu

Ömərova Həmidə Məmməd qızı

Səfərəliyev Oleq Mirzəağa oğlu

Səlimli Mirbala Seyidəsgər oğlu

Şıxlinski Ziya Ənvər oğlu

 

   Azərbaycan Kinematoqrafçılar İttifaqı