Cinemastercard


CineMastercard ölkədə fəaliyyət göstərən özəl kinoteatr şəbəkəsidir. Şəbəkəyə 9 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.
Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir.
“CineMastercard” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.
Həmçinin kinoteatrda zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərə kimi oturacaqları olan 6 şüşəli mini Skybox zalları var. Hər bir Skybox zalına giriş lift ilə mümkündür.
Kinoteatrda xüsusi qonaqlar üçün quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları var.
“CineMastercard” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası tətbiq edib.
4DX formatı ölkədə yalnız “CineMastercard” kinoteatrında tətbiq olunur.
“CineMastercard” əvvəlcə "CinemaPlus" adlandırılıb.

   Cinemastercard