İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)
əsis tarixi: 2005
Rəhbərlər (Baş direktorlar)
2005-2013 - İsmayıl Ömərov
2013-2018 - Cəmil Quliyev
2018 - Balakişi Qasımov
İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib.
Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib, 29 avqust saat 17:00-da İctimai Televiziya fəaliyyətə başlayıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir.
Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
İctimai Televiziya 2007-ci ildən Avropa Yayım Birliyi (EBU)-nin üzvü seçilib və 2008-ci ilin may ayından etibarən Avroviziya Mahnı Müsabiqəsini yayımlayır.
2013-cü il mayın 27-dən 28-nə keçən gecə saat 00:00-dan etibarən İctimai Televiziyanın rebrendinqi həyata keçirilib.
2018-ci ildən "Carçı" informasiya proqramının adı dəyişdirilərək "İTV Xəbər" olub.
2018-ci il dekabrın 31-dən 2019-cu il yanvarın 1-nə keçən gecə İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilib.
2020-ci il dekabrın 31-dən 2021-ci il yanvarın 1-nə keçən gecə İctimai Televiziyanın rebrendinqi yeni ilin ilk saniyəsində həyata keçirilib.
2022-ci il yanvarın 28-də "Azerspace-1" peykində HD yayım formatına keçib.
2023-cü il sentyabrın 23-də İctimai Televiziyanın "YouTube" kanalında izləyici sayı 1 milyon oldu.
Telekanal günün 24 saatı Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır, həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.
Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.
4 avqust 2014-cü il saat 17:00-da tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir.
2012-ci ilin may ayında HD yayıma başlamış, həmin il avqustun sonunda yayımı dayandırılmışdır. 16 oktyabr 2017-ci ildə özünəməxsus loqosu ilə yenidən HD yayımına qayıtdı.
Bir müddət İctimai televiziyanın nəzdində “Çarcıfilm” Yaradıcılıq Birliyi fəaliyyət göstərib.