Park Cinema


Təsis tarixi: 2010

Park Cinema – Azərbaycanda fəaliyyət göstərən ilk yeni nəsil kinoteatr şəbəkəsidir.

Park Cinema 26 oktyabr 2010-cu ildə fəaliyyət göstərməyə başlayıb. 2020-ci ildə başlamış COVİD-19 pandemiyası səbəbilə kinoteatr 2021-ci ilin oktybarına qədər fəaliyyətini dayandırmalı olub.

Park Cinema şəbəkəsində müntəzəm olaraq kinofestivallar, bəzi filmlər və fanatları üçün kospleyli tədbirlər, qala-premyeralar və press-nümayişlər keçirilir. Şəbəkənin kinoteatrları müxtəlif alış-veriş və ticarət mərkəzlərində, dənizkənarə əyləncə məkanlarında yerləşir. Park Bulvar – şəbəkənin birinci kinoteatrı hesab olunur. Azərbaycanda ilk IMAX formatlı zal şəbəkəyə daxil olan Alov qüllələri kinoteatrındadır. 

2016-cı ildə "Warner Bros." və "Universal Pictures" tərəfindən aparılmış film icarəsi hesabatında kassa gəliri və tamaşaçı sayı baxımından "Park Cinema" Azərbaycanda birinci yerdə göstərilib.

   Park Cinema