Adam (2010)

Filmdə Əhməd kişinin timsalında tənhalıq problemi əks etdirilir. Əhməd tək yaşayır. Dost-tanışlardan heç kəs onu axtarmır, onunla maraqlanmır. Əhməd özü onları tapmaq qərarına gəlir. Şəhərdə bir neçə dost-tanışını görür, lakin onlar da müxtəlif bəhanə ilə onunla görüşməyi ləngidirlər. Hətta dostu Elxan da təyin olunan yerə gəlib çıxmır. Əhməd çarəni xəstəxanada yatmaqda görür. Sağlam olduğu halda özünü xəstəliyə vuran Əhmədin ilk günlər planı baş tutur. Dost-tanışları onun başına yığışırlar. Lakin yenə ara səngiyir. Tənhalıq xəstəlikdir, tənhalıq ölümdür. Nəhayət tənhalıq sağlam Əhməd kişini də öldürür...

 


Filmin çəkilişləri 1996-cı ildə həyata keçirildi. Lakin rejissor Şamil Mahmudbəyovun səhhətinin pisləşməsi filmi yarımçıq qoydu. Rejissor 1997-ci ildə vəfat etdi. 13 il sonra film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yeni dalğa” Prodüser Mərkəzində tamamlanıb.
Film Balaş Abbaszadənin hekayələrinin motivləri əsasında ekranlaşdırılıb.

 

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

38 dəqiqə

Yaş həddi:

12+

İndi paylaş:

Növü:

qısametrajlı bədii film

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir