Aktrisa (2011)
Gənc aktrisa Lalə onun gözəlliyinin və sənətinin vurğunu olan bank işçisi Səmədin köməyilə mono-tamaşasını əcnəbi səhnələrdə oynamaq üçün səxavətli sponsor tapır. Amma bu sponsorla – VEF Bankın prezidenti Vaqif Fətəliyevlə tanışlıq işgüzar münasibətlər çərçivəsindən kənara çıxır. Vaqif Fətəliyev vaxtilə atasının yaxın dostunun qızı ilə qurmalı olduğu məcburi ailə həyatına son qoyub Lalə ilə evlənir. Amma Vaqif Fətəliyevin “sözünün üstündə durmayaraq Laləni səhnədən ayırması, oğurlaması” uşaq vaxtdan anlaşılmamaq zərbələri görmüş bu qızın xarakterindəki maksimalistliyi ölçülüb-biçilməmiş avantüraya qədər inkişaf etdirir. O, aktyorluq potensialını həyat səhnəsində istifadə etməyə və özü də bilmədən, istəmədən iblisin “rejissorluğu” altında oynamağa başlayır. Oyunun yeganə tamaşaçısı olmaq “xoşbəxtliyi” isə yazıçı Rüfət Hüseynzadəyə nəsib olur. Bankir Vaqif Fətəliyev öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir. Müstəntiq Eldar Əfəndiyev inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır.
Filmin çəkilişləri Bilgəhdə, Bakının küçələrində və Gəncədə 2009-cu ilin avqust-oktyabr aylarında aparılıb.
Film İlqar Fəhminin “Aktrisa” romanının motivləri əsasında çəkilib.
İstehsalçı ölkə:
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Texniki göstəricilər:
Janr:

Növü:
tammetrajlı bədii film