Abel Məhərrəmov
Doğum tarixi:
05 yanvar 1950
Abel Məmmədəli oğlu Məhərrəmov Ağdamda anadan olub. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində (1966-1971), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Üzvi kimya ixtisası üzrə aspiranturasında (1973-1976) təhsili alıb. Təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunda operator, mühəndis vəzifələrində çalışıb. Elmi-pedaqoji fəaliyyəti dövründə 2000-ə yaxın elmi məqalə dərc etdirib. 54 müəlliflik şəhadətnamələrinin və patentlərin müəllifidir, 10-a yaxın monoqrafiya və 37 dərslik və dərs vəsaiti çap olunub. Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Bakı Dövlət Universitetinin rektoru (1999-2018) olub. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, BDU-nun üzvi kimya kafedrasının müdiri, Əməkdar elm xadimi (2000), “Şöhrət” ordeni laureatıdır (2009).
