Adil İsgəndərov

Aktyor Rejissor

Doğum tarixi:

05 may 1910

Vəfat tarixi:

18 sentyabr 1978


Adil Rza bəy oğlu İsgəndərov (Ədil İsgəndərov) Gəncədə anadan olub. Uşaq yaşlarından dram dərnəklərində iştirak edib. Teatr Texnikumunda (1931), A.Lunaçarski adına Moskva Dövlət Teatr İncəsənəti İnstitutunda təhsil alıb. Moskvada oxuya-oxuya eyni zamanda Vaxtanqov adına teatrda işləyib. 1936-cı ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Akademik Dram Teatrına baş rejissor, az sonra bədii rəhbər təyin olunub. Bir-birinin ardınca Vaqif, Həyat, Fərhad və Şirin, Xanlar, Od gəlini kimi tamaşaları səhnələşdirib. Səhnələşdirdiyi Otello dünyada tanınıb. Moskvada kinorejissorluq kursuna gedib. Bakıya qayıdandan sonra kinostudiyada bədii rəhbər vəzifəsinə təyin olunub, kinostudiyanın direktoru (1966-1974) olub. Ən böyük arzusu isə Vaqif əsərinin kino variantını çəkmək idi. 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq Kino Festivalında münsiflər heyəti Ən yaxşı aktyor” mükafatının 2 aktyora verilməsini təklif edir: Abbasqulu ağa - Həsən Məmmədova və Kərbəlayı - Adil İsgəndərova. O, mükafatdan imtina edir: Qəmlo çox gözəl yaradılıb. Mükafat Məlik Dadaşova verilsin. Ancaq münsiflər heyəti fikrindən dönmür. Rusiya istehsalı olan “Torpağın qanı” (1931, rejissor Mixail Averbax) və Türkiyə-Rusiya müştərək istehsalı olan “Məhəbbətim mənim, kədərim mənim” (1978, rejissor Əjdər İbrahimov) filmlərində çəkilib. Əməkdar incəsənət xadimi (1938), Xalq artisti (1943), Zaqafqaziyanın ilk SSRİ Xalq artisti (1959), SSRİ Dövlət Mükafatı (1948) laureatı Adil İsgəndərov 1978-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn edilib.