Afaq Məsud
Doğum tarixi:
03 iyun 1957
Afaq Məsud (Afaq Vəliyeva Məsud qızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1979). “Azərbaycanfilm” kinostudiyasında redaktor, redkollegiyanın üzvü (1979-1986), “Azərbaycantelefilm”də direktor (1986-1988), Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri (1989–2014), “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri (2014–2024) vəzifələrində çalışıb. Roman və hekayə müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib. “Üçüncü mərtəbədə” (1976), “Şənbə gecəsi” (1980), “Keçid” (1984), “İzdiham” (1991), “Subbotniy veçer” (Moskva, 1984) “Azadlıq” (1997), “Yazı” (2005) kitabları nəşr edilib. “Can üstə”, “O məni sevir”, “Yol üstə” pyeslərinin müəllifidir. Bir çox əsərləri azərbaycan dilinə tərcümə edib. Əməkdar incəsənət xadimi (2003), Xalq yazıçısıdır (2019). “Humay” mükafatına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib (2017).
