Ağasadıq Gəraybəyli
Doğum tarixi:
15 mart 1897
Vəfat tarixi:
05 dekabr 1988
Ağasadıq Ağaəli oğlu Gəraybəyli Şamaxıda (indiki İsmayıllı rayonunun Gəraybəyli kəndi) anadan olub. Şamaxı zəlzələsindən sonra Bakıya köçüblər. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskinin rəhbərlik etdiyi həvəskar dram dərnəyində (1910-1912), sonralar isə “Nicat”, “Səfa” cəmiyyətlərinin, Zülfüqar və Üzeyir Hacıbəyovların teatr truppalarında çıxış edib. 1921-ci ildə “Ölülər” pyesində (Cəlil Məmmədquluzadə) kefli İsgəndər rolunu oynayıb. Bakı Azad Tənqid Təbliğ Teatrının (1921-1933), 1932-ci ildən Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub. Əməkdar artist (1936), Xalq artisti (1940) Ağasadıq Gəraybəyli 1988-ci ildə vəfat edib.
