Əliağa Vahid

Mahnı mətni müəllifi

Doğum tarixi:

17 fevral 1895

Vəfat tarixi:

01 oktyabr 1965


Əliağa Vahid (Əliağa İsgəndərov Məmmədqulu oğlu) Bakıda anadan olub.

Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və başqa şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk satirik şeirlər kitabı 1916-cı ildə nəşr olunub. Mətbuat оrqanlarında imzasına tez-tez rast gəlinib. Qəzəlхan şair kimi tanınıb və bütün Şərqdə məşhurlaşıb. Azərbaycanda xanəndələri onun şeir və qəzəllərini öz repertuarına daхil edib. Nizaminin, Хəqaninin, Fələkinin, Nəvainin və başqa klassiklərin əsərlərini tərcümə edib. Vahid təхəllüsünü оna hazırcavablığına görə Mirzə Əbdülхalıq Yusif verib.

Azərbaycanın ilk Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi (1943) Əliağa Vahid 1965-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.