Alim Qasımov

Musiqi ifaçısı

Doğum tarixi:

14 avqust 1957


Alim Həmzə oğlu Qasımov Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonu) anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1978–1982), Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1983–1989) muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.

1989-cu ildən Mənsurov qardaşlarıyla – tarzən Camal və kamança ifaçısı Elşən ilə çıxış etməyə başlayıb. Bir çox ölkələrdə konsertlərlə çıxış edib.

Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərinin ifaçısı olub.

Beynəlxalq IMC UNESCO Musiqi Mükafatına (1999), Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına (2014) layiq görülüb. Xalq artisti (1993), Dövlət Mükafatı laureatıdır (2010).