Almaz Mustafayeva

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

01 oktyabr 1949

Vəfat tarixi:

26 dekabr 2020


Almaz Əhməd qızı Mustafayeva (Almaz Əhmədova) Ağdamda anadan olub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində 3 illik “kinoaktyorluq” kursunda təhsil alıb.

1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub. Teatr bioqrafiyasında oğlan rolları əksəriyyət təşkil edib.

24 yaşında “Mənim mehriban balam” tamaşasında 6 yaşlı oğlan uşağını oynayıb.

“Bənövşə” uşaq xor kollektivinin üzvü, “Cücələrim” ansamblının solisti olub.

Televiziyada ”Tonqal”, “Gecəniz xeyrə qalsın, balalar”, “Qaranquş” kimi uşaq verilişlərində çıxış edib.

“Qızıl Dərviş” mükafatı laureatı (1997), Əməkdar artist (2013) Almaz Mustafayeva 2020-ci ildə vəfat edib.

Aktrisa Almaz Mustafayeva rəssam Vaqif Mustafayevin həyat yoldaşıdır.

Aktrisa Almaz Mustafayeva rəssam Mustafa Mustafayevin və teatr rejissoru Tural Mustafayevin anasıdır.