Amaliya Pənahova
Doğum tarixi:
15 iyun 1945
Vəfat tarixi:
08 noyabr 2018
Amaliya Əliş qızı Pənahova Gəncədə anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1966).
Azərbaycan Dövlət Dram Teatrında (1964-1975), “Azərbaycanfilm” kinostudiyasında işləyib.
1992-ci ildə Bakı Bələdiyyə Teatrını təsis edib.
Rusiya istehsalı olan “Yasmin” serialında (2013, rejissorlar Kseniya Zarutskaya, Vyaçeslav Kaminski) Aynur rolunda çəkilib.
10-dan çox televiziya və teatr tamaşasına quruluş verib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (2000-2005).
Bakı Bələdiyyə Teatrının təsisçisi, direktoru və bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Əməkdar artist (1974), Dövlət mükafatı (1972), “Şərəf” və “Şöhrət” ordenləri laureatı, Xalq artisti (1985), sənətşünaslıq doktoru, professor Amaliya Pənahova 2018-ci ildə vəfat edib.
Aktrisa Amaliya Pənahova aktyor Yusif Muxtarovun həyat yoldaşı olub.
