Antuan de Sent-Ekzüperi
Doğum tarixi:
29 iyun 1900
Vəfat tarixi:
31 iyul 1944
Antuan de Sent-Ekzüperi Fransanın Lion şəhərində anadan olub.
Liondakı Müqəddəs Bartolomey Xristian Qardaşları Məktəbində və Sent-Krua yəhudi kollecində, ehtiyatda olan zabitlər üçün kursda təhsil alıb.
Afrikanın şimal sahillərinə poçt göndərən "Aeropostal" şirkətinin pilotu olub. Saharanın kənarında yerləşən Kap Jubi ara stansiyasının rəisi təyin edilib. Burada ilk əsərini - "Cənub poçtu" romanını yazıb. 1929-cu ildə Fransaya qayıdıb, Brestdəki donanmanın aviasiya kurslarına daxil olub. "Aeropostal" şirkətinin filialı olan "Aeropost — Argentina"nın texniki direktoru təyin olunub.
Mülki aviasiyanın inkişafındakı xidmətlərinə görə Fəxri Legion Cəngavəri adına layiq görülüb.
Fransalı yazıçı, jurnalist və təyyarəçi Antuan de Sent-Ekzüperi 1944-cü ildə aviasiya qəzası nəticəsində həlak olub.