Aygün Aslanlı
Redaktor
Rejissor assistenti
Kinoşünas
Doğum tarixi:
12 sentyabr 1979
Aygün Sədaqət qızı Aslanlı (Aygün Aslanova) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1996-2000).
Bir çox beynəlxalq kino festivallarında münsiflər heyətinin üzvü kimi iştirak edib.
2023-cü ildə 24-cü Joenju Beynəlxalq Film Festivalının (Cənubi Koreya) NETPAC jüri heyətinin sədri seçilib.
Mütəmadi olaraq mətbuatda kino ilə bağlı yazılarla çıxış edir.
“Fokus” analitik kino jurnalının redaksiya heyətinin üzvüdür.
“Skafandrlı adam” adlı kitabı nəşr olunub (2022).
